24December
2014

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının tədbiri keçirilmişdir

 
24 dekabr 2014-cü il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) bu gün “Gələcəyə baxış” adlı tədbir keçirmişdir. Tədbirdə AFBİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov görülmüş işlər və 2015-ci ilin hədəfləri barədə məlumat verib. O qeyd edib ki, assosiasiyanın əsas məqsədi peşəkar iştirakçılar ilə tənzimləyici orqan olan QKDK və ticarətin təşkilatçısı olan Bakı Fond Birjası arasında körpü rolunu oynamaqdır: “Bu gün biz bazarın problemlərini ayrı-ayrılıqda çox yaxşı bilirik. Lakin müzakirələrin birgə şəkildə aparılmaması, təkliflərin irəli sürülməməsi bəzi problemlərin gec, bəzən də heç həll olunmamasına gətirib çıxardır. Assosiasiya peşəkar iştirakçıların, xüsusilə də brokerlərin görüş yeri, fikir mübadiləsi aparacağı bir ünvana çevriləcəkdir”. Hədəflərdən söz açan Ceyhun İbrahimov bildirdi ki, gələn il üzv olmayan digər broker şirkətlərinin üzvlüyə qəbul edilməsi, assosiasiyanı peşəkar iştirakçıların müzakirə platformasına çevrilməsinə nail olmaq, assosiasiyanın işlək mexanizminin təmin olunması, broker, diler peşələrinin və qiymətli kağızlar bazarının imicinin doğru şəkildə formalaşdırılması, kapital bazarlarına dair maarifləndirmə və peşəkar hazırlığın yüksəldilməsi, fərdi investorların bazara marağını artıracaq təşviqatın aparılması və peşəkar iştirakçıların riayət edəcəkləri Etik Kodeksin müəyyən olunması əsas hədəflərdir. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət Şöbəsinin müdiri Cavid Nəzərov “Qiymətli kağızlar bazarının yeni arxitekturası”, Komitənin Tədqiqatlar və Bazarın İnkişafı şöbəsinin müdiri Nurlan Fətullayev “Qiymətli Kağızlar Bazarında yeni vergi təşəbbüsləri”, Bakı Fond Birjasının Biznesin İnkişafı Departamentinin direktoru Abdulla İsayev “Bakı Fond Birjasının yeni listinq qaydaları” adlı təqdimatlar ilə çıxış ediblər.Tədbirdə brokerlərin yeni qanunvericilik, listinq tələbləri, vergi təşəbbüsləri ilə əlaqədar sualları cavablandırılıb. Tədbirin sonunda Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının yeni loqosu və veb saytı təqdim olunub.
  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21