27July
2015

İndi daha geniş məlumat bazası FOREXpediada.

Son dövrlər Qiymətli Kağızlar bazarına olan maraq InvestAZ şirkətini bu  istiqamətdə daha bir addım atmağa sövq etmişdir. Şirkətin bu yaxınlarda yenilədiyi internet səhifəsində maliyyə bazarları ilə maraqlananlar üçün yeni FOREXpedia adlı bölmə istifadəyə verilmişdir. İnsanların maliyyə savadlılığının artırılmasını hər zaman ön plana çəkən şirkət, yeni internet səhifəsində FOREXpedia adlı bölümü istifadəyə vermişdir.

Daha geniş məlumat bazası

8 bölmədən ibarət olan FOREXpedia səhifəsi, özündə FOREX haqqında ilkin biliklərdən tutmuş investisiya idarəçiliyinə kimi olan məlumatları birləşdirir. İstifadəçilərin vaxtına qənaət və rahatlığını təmin etmək üçün bölmələr qruplaşdırılmışdır. İstifadəçilərin bölmə üzrə oxuduqları məlumatları daha aydın başa düşmələri üçün bir çox bölmələrə qrafik təsvirlər və nümunələr əlavə edilmişdir.

Maliyyə bazarında alış-satış qiymətləri arasındakı fərq, mövcud kapitalın bir neçə misli həcmində necə ticarət etmək barədə ətraflı məlumat almaq istəyənlər Maliyyə bazarının əsas anlayışları bölümünə daxil ola bilərlər.

Maliyyə bazarında valyuta və digər maliyyə alətlərinin qiymətlərinə təsir edən faktorlar haqqında məlumat almaq istəyənlər üçün Fundamental və Texniki Analiz bölmələri yaradılmışdır.

Bazar iştirakçılarına dəstək

Gələcəyini maliyyə bazarları ilə bağlamaq istəyənlər səhifənin İnvestisiya idarəçiliyi bölümündən faydalana bilərlər. Bu bölmədə istifadəçilər maliyyə bazarında uğurlu olmağın sirləri, ticarət qaydaları, bazar iştirakçılarına tövsiyyələr və ticarət strategiyaları haqqında geniş məlumat ala bilərlər.

Qeyd edək ki, InvestAZ şirkəti ölkəmizdə maliyyə savadlığının artırılması istiqamətində başlanğıc səviyyədən peşəkar səviyyəyə kimi ödənişsiz və ödənişli tədris kursları həyata keçirir.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21