08September
2014

InvestAZ əhalinin FOREX-lə bağlı suallarını *1234 nömrəsində cavablandıracaq.

InvestAZ şirkəti əhalinin FOREX-lə bağlı suallarını cavablandırmaq və əhali ilə birbaşa əlaqəni daha da sadələşdirmək məqsədi ilə Telefon Məlumat Mərkəzini genişləndirdi.

Artıq FOREX-lə maraqlananlar *1234 qısa nömrəsinə zəng etməklə, FOREX-lə bağlı bütün suallarına cavab tapa bilərlər. Mərkəz müştəri məlumatlarının təhlil edilməsi üçün ən müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmişdir.

Telefon Məlumat Mərkəzinə müraciət edən vətəndaşlara FOREX haqqında maarifləndirici məlumatlar verilir, onlara bu sahədə təlim və real hesablar açmaq üçün köməklik göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən məlumat mərkəzi həftənin 5 günü saat 09:00-dan 19:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə mərkəzə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21