13October
2014

InvestAZ “Ən YAXŞI Tədris Xidməti” nominasiyası üzrə birinci oldu.

“Yatırım Hər Kəsin Haqqıdır” şüarı ilə investisiya dünyasına sadəlik gətirən InvestAZ şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən “FX World Istanbul” FOREX və Törəmə alətləri adlı konfrans və sərgidə “ƏN YAXŞI TƏDRİS XİDMƏTİ” nominasiyası üzrə qalib elan olunmuşdur. Dünyanın aparıcı bank və maliyyə qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə, şirkətin FOREX və investisiya sahəsi üzrə təşkil etdiyi tədris proqramları birinci yerə layiq görülmüşdür.

Qeyd edək ki, şirkət Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Azərbaycan və Türkiyə Respublikasında tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən InvestAZ şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21