08October
2014

InvestAZ şirkəti və Azərpoçt MMC birgə əməkdaşlığa START verdi.

InvestAZ şirkəti Azərbaycanda FOREX bazarında ticarət edən müştərilərinin sayının artmasını nəzərə alaraq xidmət şəbəkəsini genişləndirmişdir. InvestAZ və Azərpoçt MMC şirkəti arasında imzalanmış müqaviləyə əsasən artıq FOREX bazarında ticarət edən InvestAZ şirkətinin müştəriləri Azərpoçtun müştəri xidmətləri şöbəsi vasitəsilə hesablarına rahatlıqla mədaxil/məxaric edə bilərlər. Xidmət, Bakı, Abşeron, Sumqayıt şəhərlərində yerləşən 74 filial və 200-ə yaxın poçt şöbələri ilə yanaşı Azərbaycanın bütün regional poçt filiallarının müştəri xidmətləri şöbələrini də əhatə edir.

Qeyd edək ki, şirkət Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən InvestAZ şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21