13February
2015

InvestAZ və Bakı Sığorta əməkdaşlığa başladı.

Azərbaycanda fərdi investorların sayının artırılması və korporativ investisiya vasitələrin inkişafını hədəfləyən InvestAZ şirkəti, sığorta şirkəti ilə əməkdaşlığa başladı. Korporativ yatırım sahəsində “Bakı Sığorta” ASC - nin səhmlərinin yerləşdirilməsində anderrayter qismində çıxış edən şirkət, ümumilikdə 1 000 160 AZN (bir milyon yüz altmış) manat həcmində əməliyyat həyata keçirtmişdir. Yaxın günlərdə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılacaq adi sənədsiz adlı səhmlərin miqdarı 1316 (min üç yüz on altı), bir ədədinin nominal dəyəri isə 760 (yeddi yüz altmış) AZN-dir. Yeni emissiya olunacaq qiymətli kağızların prospektinin hazırlanması, qeydiyyata alınması və digər maliyyə broker xidmətləri üzrə fəaliyyət göstərən InvestAZ şirkəti Azərbaycanda tam lisenziyalaşmış investisiya şirkətidir.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21