09July
2015

InvestAZ yeni saytını istifadəyə verdi.

Fəaliyyətində daima müştərilərin rahatlığını əsas tutan və Azərbaycanın yatırım sektorunda hər zaman yenilikləri ilə fərqlənən InvestAZ şirkəti yeni korporativ saytını istifadəyə verdi. Yeni sayt əvvəlkindən sadəliyi və istifadə zamanı daha rahat olması ilə fərqlənir. Saytın strukturu və bölmələrinin təşkili yenidən dizayn edilmişdir.

Mobil cihazlara uyğun sayt

Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.

Geniş çeşidli Yatırım Məhsulları

Gələcəyini yatırım dünyası ilə bağlamaq istəyənlər üçün şirkət ayrıca olaraq YATIRIM MƏHSULLARI adlı bölmə hazırlamışdır. Bu bölmədə istifadəçilər FOREX, İstiqrazlar, Fərdi İdarəetmə və digər yatırım alətləri ilə tanış ola bilərlər.

Hər kəsə uyğun Tədris Proqramları

Maliyyə bazarlarında müvəffəqiyyətin sirrinin bilik olduğunu hər zaman diqqətə çatdıran şirkət, bu sahədə tədris almaq istəyənlər üçün tədris bölümü də yaratmışdır. “FX World İstanbul” sərgisindən “Ən yaxşı İnvestisiya Tədrisi” mükafatına layiq görülmüş şirkətimiz, maliyyə bazarının iştirakçısına çevrilmək istəyənlər üçün başlanğıc səviyyədən peşəkar səviyyəyə kimi tədris kursları təklif edir.

Bazar iştirakçılarının görüş yeri Best InvestOR

Şirkət hər zaman bazar iştirakçılarının öz bacarıqlarını artırmalarına böyük əhəmiyyət verir. Məhz bu məqsədlə də saytda fəaliyyət göstərən Best InvestOR yarışması,bazar iştirakçılarının öz aralarında real ünsiyyət qurmaq və gələcək fəaliyyətlərinə daha da inamlı hazırlaşmaq imkanı yaradır.

Müxtəlif Ticarət Terminalları

Dünya maliyyə bazarlarına peşəkar ticarət terminalları ilə qoşulmağı təklif edən şirkət, sayt istifadəçilərinə ən çox istifadə olunan ticarət terminalları və onlardan istifadə qaydalarını təqdim edir.

FOREX haqqında hər şey

Azərbaycanda ilk dəfə olaraq InvestAZ şirkəti istifadəçilərin maliyyə savadlılığının artırılması istiqamətində saytda FOREXPedia bölməsini yaratmışdır. Bölməyə daxil olanlar Maliyyə bazarının terminləri haqqında ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, şirkət Azərbaycan və Türkiyə Respublikasında tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərir.

  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21