11November
2014

Maliyyə bazarlarında qızılın qiymətinin ucuzlaşması ilə bağlı mütəxəssis rəyi

Son vaxtlar qızılın qiymətində müşahidə olunan ucuzlaşmanın səbəbi nədir?

Qızılın əsas xüsusiyyəti bir çox dövlətlərdə büdcənin əsas ehtiyat aləti kimi istifadə olunmasıdır. Son illərdə qızıla tələbatın artması onun hasilatını kəskin şəkildə artırmışdır. Statistikaya əsasən təkcə 2013-cü ildə dünyada qızıl ehtiyatları 160.4 min tona çatmışdır. Bunun 30 min tonu dövlət mərkəzi bankların və maliyyə qurumların, 79 min tonu zərgərlik məmulatlarının, 25 min tonu investisiyaların, yerdə qalan 26,4 min ton isə əhalidə olan qızıl məmulatlarının payına düşür. Son 10 il ərzində qızılın istehsal dinamikası artan və azalan tendensiyalar üzərindədir. 2008-ci ildən başlayaraq dünya iqtisadiyyatında yaranmış maliyyə böhranı qızılı ınvestorlar üçün ehtiyat yatırım alətinə çevirmişdir. 2011-ci ildə qızılın qiyməti 1 unsiya üçün 1920 dollara çatmışdır ki, bu da həmin il üçün ən pik hədd hesab olunur.

2014-cü ilin əvvəlindən beynəlxalq birjalarda qızılın kəskin ucuzlaşması müşahidə olunur. Ucuzlaşmaya səbəb kimi bu il ərzində Amerika infilyasiya tempinin aşağı düşməsi və Federal Rezerv sistemi tərəfindən gözlənilən faiz dərəcələrinin aşağı olmasıdır. Həmçinin Amerikada dolların dəyərinin bahalaşması isə investorlar arasında qızıla olan tələbatın azalmasına gətirib çıxartmışdır.

Sizcə bu proses nə qədər (vaxt baxımından) və hansı həddə qədər (qiymət baxımından) davam edə bilər?

Hal-hazırda qızılın qiymətinin eniş tendensiyası davam edir və qiymət sonuncu minimum səviyyəni yəni 1180 dolları da keçmişdir. Buna səbəb kimi oktyabr ayının sonunda ABŞ-da FRS açıqlamaları və kütləvi dövlət istiqrazlarının alış proqramının dayandırılması olmuşdur. Bazarlara təsir edən fundamental faktorları (siyasi və iqtisadi göstəricilər) nəzərə alsaq enişin hələ də davam etmə ehtimalı yüksək olduğunu qeyd etmək olar. Vəziyyəti qrafik olaraq analiz etdikdə, qızıl üçün önəmli dəstək səviyyəsi 1 unsiya üçün 1105-1115 dollar hesab etmək olar. 2015-ci ilin əvvələri üçün qızılın dəyərinə olan  proqnozlar 1100-1150 dollar səviyyəsindədir.

Qızılın ucuzlaşması xarici valyutaların məzənnəsində özünü necə göstərəcək?

Qızılın ucuzlaşması özünü valyuta birjalarında da göstərmişdir. ABŞ dollarının bahalaşması, investorların tələbatlarının artması funt, avro, frank, yapon yenası kimi valyutaların dəyərinin itməsinə səbəb olmuşdur. Son 6 ay ərzində ABŞ-da müsbət makro iqtisadi xəbərlər dolların dəyərinin daha da bahalaşmasına təkan vermişdir.

InvestAZ şirkətinin ticarət platformalarından istifadə edən investorlar bu qiymət dəyişmələrindən necə faydalana bilərlər? Onlara bununla bağlı hər hansı tövsiyyəniz varmı?

Bazarda qızılın qiymət dəyişikliyi investorlar üçün aktiv bir dövr hesab olunur. Ticarətini qızıl üzərində quran treyderlər və uzun müddətli investorlar bu qiymət dəyişikliyindən gəlir əldə edə bilərlər. Bundan əlavə şirkət, təqdim etdiyi ticarət terminalları vasitəsilə valyutalar, əmtəələr, fond indeksləri və səhmlərin ticarətini də təklif edir. Biz hər bir müştərinin potensial investor ola biləcəyinə inanır və maliyyə bazarlarında uğurun təminatının təcrübə və biliyin olmasını əsas tuturuq.
  • FOREX bazarında ticarət etməyi planlaşdırırsınızsa Sizə təklif etdiyimiz Universal Treyder tədris kursunu seçə bilərsiniz.

    21.08.2015 14:30
  • Açıq əməliyyatlar daxil FOREX hesabınızı 5 DƏQİQƏ-yə bizə köçürün.

    19.08.2015 14:21